Filiz Saflaşdırma Kombinatına basqın olub; Basqınçılar Mehdiyevin adından istifadə edib
Daşkəsəndə fəaliyyət göstərən Filiz Saflaşdırma Kombinatına basqın edilib. “Azadlıq”a daxil olan məlumatlara görə, basqınçılar kombinatın direktoru Ələddin Qasımovun üzərinə silah çəkərək ondan müəssisəni təhvil verməsini tələb ediblər. Ələddin Qasımov həmin şəxslərdən kim olduqlarını, hansı əsasla kombinatı ondan almaq istədiklərini soruşub. Həmin şəxslər Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin adamları olduqlarını iddia ediblər.
Bildiriblər ki, sözügedən kombinatı artıq Ramiz Mehdiyev özəlləşdirib. Ələddin Sadıqov məsələyə aydınlıq gətirmək üçün əmlak məsələləri üzrə dövlət komitəsinin rəhbəri Kərəm Həsənovla əlaqə saxlayıb. Komitə sədri isə bildirib ki, kombinatı Ramiz Mehdiyev özəlləşdirməyib. Bundan sonra Ələddin Sadıqov müəssisəni tərk etməyəcyini bildirib. Həmin şəxslər də direktoru amansızlıqla döyüblər. Əraziyə Daşkəsən Rayon Polis Şöbəsinin əməkdaşları gəlib. Kombinata hücum edənlər şöbəyə aparılıb. Lakin az sonra sərbəst buraxılıb. Ələddin Sadıqovün baş verənlərlə bağlı DIN-ə müraciət etdiyi bildirilir.
Ərşad