“Qızıl top”ul Messi aldı

İsveçrənin Sürix şəhərində 2012-ci ilin ən yaxşı futbolçusuna “Qızıl top”un təqdim edilməsi mərasimi keçirilib.
Bu mükafatı almağa “Barselona”nın və Argintina yığmasının ulduzu Leonel Messi, onun komanda yoldaşı, İspaniya yığmasının üzvü Andres İnyesta və “Real”ın oyunçusu Kriştiano Ronaldo namizəd idi. Qızıl topun bu ilki sahibi yenə də Leonel Messi olub. Bununla da Lionel Messi futbol tarixinə dünyanın ən yaxşı futbolçusu adını dalbadal dörd dəfə qazanan ilk oyunçu kimi yazdırıb. Ötən ilin ən yaxşı məşqçısi isə İspaniya yığmasının baş məşqçisi Visente Del Boske seçilib. O bu mükafat uğrunda mübarizədə “Barselona”nın keçmiş baş məşqçisi Xosep Qvardiolanı və “Real”ın baş məşqçisi Jose Mourinyonu qabaqlayıb.

Fizzə