Mehdiabad qəsəbəsinin sakinləri yollarının bərbad olmasından şikayətlənirlər. Sakinlər bildirilər ki, bir müddət əvvəl qəsəbənin köhnə yolunu guya təmir edərək asfaltlayıblar. Amma yeni asfaltın ömrü uzun olmayıb. Belə ki, iş başlamazdan öncə yol qazılaraq su və kanalizasiya xətləri çəkilib.Bundan dərhal sonra qazılmış yerlər tələm tələsik doldurularaq, heç bir ciddi bərkitmə işi aparılmadan asfalt çəkilişinə başlanıb. Nəticədə çəkilən yolun səthi tamamilə nahamar vəziyyətə düşüb, bir neçə yerdə isə iri çuxurlar və dağıntılar əmələ gəlib. Sakinlər deyirlər ki, asfaltın keyfiyyəti aşğı olduğu üçün ovulub gedir. Sakinlərin sözlərinə görə, asfaltlama işini “Abadlıq MMC” adlı bir müəssisə aparıb. Amma işə rəhbərliyi Abşeron rayon İcra Hakimiyyətinin əməkdaşları ediblər. Ona görə də belə güman olunur ki, “Abadlıq MMC” ya Abşeron rayon İcra Hakimiyyətinə yaxın məssisədir, ya da onunla hansısa dolayı münasibətləri var.