Sevinc Babayevanın oğlu “Azərbaycan saatı”nda yeni məqamlar açıqladı (VİDEO)
Ayxan Məmmədov: “Gülər Əhmədova bir cinayəti ört basdır etmək üçün başqa cinayət törətdi”
Elşad Abdullayevin yaydığı məlum videolarda keçmiş deputat Gülər Əhmədova ilə onun arasında vasitəçi kimi çıxış edən, dekabrın 26-da İstanbulda müəmmalı şəkildə dünyasını dəyişən Sevinc Babayevanın oğlu Ayxan Məmmədov “Azərbaycan saatı” televiziyasına müsahibə verib. Müsahibəsində o, indiyədək səsləndirdiyi fikirlərlə yanaşı, bəzi yeni məqamlar da açıqlayıb. Müsahibənin videoyazısını təqdim edirik: