aliyev-munich

Kremlin politoloqu Əliyevin aqibətindən yazdı

aliyev-munich“İlham Əliyev kimin taleyini yaşayacaq – Saakaşvilinin, yoxsa Əsədin?”

Ötən ilin son günlərində Sevinc Babayevanın müəmmalı ölümü gündəmi  ələ alsa da,bu günlərdə çox maraqlı bir hadisənin də şahidi olduq. Rusiyanın Kremlə yaxın politoloqu Stanislav Tarasov “İlham Əliyev kimin taleyini yaşayacaq – Saakaşvilinin, yoxsa Əsədin?” başlıqlı məqalə ilə çıxış etdi. Ümumiyyətlə, Tarasovun kimliyi və məqalələri ilə tanış olan hər kəs bilir ki, bu politoloq əsas etibarilə Putin siyasətinin Türkiyə, Yaxın Şərq və Qafqaz bölgəsi üzrə əsas strateqlərindən biridir.  Son zamanlar Rusiya-Azərbaycan münasibətlərinin gərginləşdiyi bir dönəmdə Stanislav Tarasov  və digət Kremlyönlü politoloqlar Azərbaycana xüsusi önəm verməyə başlamışlar. Bu da təbiidir – ölkə ciddi dəyişikliklər astanasındadır və Rusiya da bu prosesdən kənarda qalmaq istəmir.

Adı çəkilən məqalədə Tarasov, ABŞ-ın keçmiş səfiri, beynəlxalq təhlükəsizlik problemləri üzrəTallinn araşdırmalar mərkəzinin direktoru  Metyu Brayzanın “Azərbaycan və onun regional, Avropa və transatlantik partnyorları”mövzusunda keçirilən beynəlxalq konfransdakı çıxışına nəzər salır.  Brayza o çıxışında “Azərbaycanda bütün hakimiyyət bir qrupun əlində cəmlənib və ölkədə yetişmiş gənclik bununla barışmaq istəmir” söyləmişdi. Tarasova maraqlı gələn budur ki, nədən dünənə qədər Azərbaycanı islam ölkələrinə modernizm nümunəsi kimi təqdim edən Brayza birdən-birə belə bir bəyanatla çıxış etdi. Bu məsələni araşdıran politoloq belə bir qənaətə gəlir:
“Vaşington Orta Şərqdə işlərini tamamlamaqdadır. Onların İranla müharibə etmək fikirləri yoxdur. Uzun sürən danışıqlar, çoxgedişli kombinasiyalar vasitəsilə İranı beynəlxalq izolyasiyadan və eneri blokadasından çıxaracaqlar. Bu öz növbəsində Azərbaycanı həm enerji, həm də geosiyasi baxımdan marginallaşdıracaqd. Azərbaycan hər tərəfdən təzyiqlərlə üzləşəcək. Gürcüstanda Qərb Saakaşvilinin getməsinə razılıq verdisə, nədən İlham Əliyev narahat olmasın ki?”.
Qeyd etmək yerinə düşür ki, bu yazıdan bir həftə sonra – Yanvarın 4-də “Washington Post” qəzetində çıxış edən Zbignev Bzeinskidə İranla müharibənin arzu edilməz olduğunu yazmışdı. Bzejinskinin Ağ Evə nə dərəcədə yaxın olduğunu hər kəs yaxşı bilir.
“Demokratikləşmə məsələsində  Qərb Azərbaycan qarşısında öz mövqeyini ortaya qoyub və Brayza sadəcə bu hökmü oxudu”, – deyə Tarasov fikrini davam etdirir. NATO Baş katibi Rasmussen də Bakıda olarkən seçki sistemi, KİV azadlığı məsələlərinə diqqət yetirməyi tələb etmişdi. Qərb Azərbaycanın strateji yerini özü üçün artıq müəyyən edib və demokratiya tələbləri ardıcıl və qarşısıalınmaz xarakter alıb.
Buna səbəb kimi Tarasov Qərbin bölgədəki proseslərdən narahat olmasını göstərir: “Türkiyə “neoosmanizm” prinsiplərini öz strateji məqsədi kimi qarşıya qoymuşsa, nədən bu ambisiyalarda İran da bulunmasın? Tehran da öz keçmiş xanlıqları olan İrəvan və Xankəndi ilə son dövrlərdə təmasları  dərinləşdirməkdədir. Bu baxımdan Azərbaycanın da nə vaxtsa İranın yanında olması ehtimalı böyükdür.
Metyu Brayza kimi təcrübəli bir diplomatın Azərbaycanın siyasi səhnəsinə yeni qüvvələrin gətirilməsinə çağırış etməsi təsadüfi deyil. Azərbaycanı gözəl tanıyan Brayza indiki şəraitdə demokratik islahatların həyata keçirilməsi imkanlarına optimist yanaşmır. Vaşington artıq Azərbaycanın bu istiqamətdə getməsini sürətləndirmək istəyir. Və görünür ki, artıq söhbət mövcud hakimiyyəti islahatlara məcbur etməkdən getmir, hakimiyyətin dəyişilməsindən gedir. Ya Tbilisidə olduğu kimi, seçki yolu ilə, ya da ərəb ölkələrində olduğu kimi, inqilabi yolla”.

İnformasiya şöbəsi