Levon Ter-Petrosyan: “Azərbaycan və Türkiyə ilə müqavilələr imzalanmalıdır, başqa yol yoxdur”

Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan Ermənistan İctimai Televiziyasına müsahibəsində Ermənistanın Azərbaycan və Türkiyə ilə münasibətlərinin sahmana salınmasının labüdlüyünü qeyd edib.

“Bizi çətin, ağrılı və heç birimizin ürəyinə yatmayacaq qərarlar gözləyir. Azərbaycanla və Türkiyə ilə müqavilələr imzalanmalıdır. Lakin elə məqam olur ki, başqa yol yoxdur”, – Ermənistan İctimai Televiziyasına müsahibəsində Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan deyib.

Onun sözlərinə görə, əgər heç bir sənəd imzalanmazsa, barışığa gəlinməzsə, Ermənistan “yenidən dövlət quruculuğuna başlamalı” olacaq.

O, müxalifətin Paşinyandan qurtulduqdan sonra Ermənistan üçün daha əlverişli şərtlərlə sülh sazişi imzalamağın mümkünlüyünə ümid etməsini “sadəlövhlük” adlandırıb.

Bbc