Canlı yayımda Ramiz Mehdiyevlə Kəmaləddin Heydərovdan sms istədi

Azad Azərbaycan Televiziyasında yayımlanan “Şərq Ulduzu” mahnı müsabiqəsinin yanvarın 5-də canlı yayımında maraqlı olay yaşanıb.
Müsabiqənin iştirakçılarından biri, əslən Naxçıvandan olan
Rahim Əsgərzadə səs toplamaq üçün Prezidentin Administrasiyasının rəhəbri Ramiz Mehdiyevdən və fövqəladə hallar naziri Kəmaləddin Heydərovdan sms göndərmələrini istəyib.
Canlı yayımın həmin məqamını videoblogger və ripper Həbib Müntəzir “Youtube” portalına yükləyərək yayıb. Vidoyazını təqdim edirik: