Razi Nurullayev ağır qəza keçirdi

AXCP sədrinin müavini Razi Nurullayev bu gün səhər saatlarında ağır yol qəzasına uğrayıb. Saat 10.30 radələrində “İsuzu” markalı yük maşını onun idarə etdiyi “Mercedes” markalı avtomobilə çırpılıb. Hadisə Afiyəddin Cəlilov və Fəzail Bayramov küçələrinin kəsişməsində baş verib.

Hadisə baş verən zaman Razi Nurullayevin həyat yoldaşı Könül Ağayeva da avtomobildə olub. Qəza nəticəsində Nurullayev və həyat yoldaşı xəsarət alıblar. Onlar Klinik Tibbi Mərkəzin təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinə yerləşdiriliblər. Onların hər ikisinin həyatı üçün təhlükə aradan qaldırılıb.