Türkiyə Pelosinin bəyanatlarını ‘qərəzli’ adlandırdı

Türkiyənin virse-prezidenti Fuat Oktay sentyabrın 19-da ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin Ermənistan və Azərbaycan arasında toqquşmalarla bağlı verdiyi bəyanatları “qərəzli” adlandırıb.

Reuters agentliyinin məlumatlna görə o deyib ki, bu bəyanatlar “diplomatiyanı sabotaj etmək” cəhdidir və qeyri-məqbuldur.

Oktay habelə Twitter-də Vaşinqtondan Pelosinin bəyanatlarının ABŞ-ın rəsmi mövqeyini əks etdirib-etdirməməsinə aydınlıq gətirməyə çağırıb.