Tofiq Yaqublu
Bir sadə səbəbdən məsələ detallarını bilməsək də tamamilə aydındır. Əgər bu işin içində Eynulla Fətullayevlə Mirşahin Ağayev varsa, deməli ortada şərləmə var. Lap tutaq ki, deyilənlər baş verib, kimdir şikayətçi, kimdir zərərçəkən? Demirsiniz ki, Əvəz Zeynallıya pul veriblərmiş, o, da geri qaytarıb. Məgər bununla iş bitməli deyildi? Belə halda söhbət jurnalist etikasının pozulmasından, peşə prinsiplərinə xəyanətdən və s. getməli, iş ictimai qınaqdan o yana keçməməliydi. Bilmirəm, həmin səs yazsısı necə əldə edilib, dünən bütün gecə boyu keçirilən məhkəmədə buna aydınlıq gətirildimi, amma məhkəmənin bazar günü və həm də bütün gecə boyu keçirilməsinin özü də siyasi sifarişin olduğunun göstəricisidir. Əgər söhbət alınıb və qaytarılmış 20 min manatın söhbətidirsə, mənzildə və ofisdə axtarış nəyə laızım idi? Artıq qaytarılmış pulu niyə axtarmaq lazımıymış və o pullar niyə sənədlərin və kompüterin içində axtarıılmalıymış? Üstəlik də qanun vəkilin işinə bu müdaxiləni qadağan edirsə? Rüşvət ittihamı dövlət məmuruna qarşı yönəldilə bilər, çünki onun dövlətdən aldığı vəzifə və səlahiyyətlər var, və o, rüşvət müqabilində hansısa qanuni və yaxud da qanunsuz işlər görür. Yoxsa, biri özünün yaratdığı bir internet telekanalında pul müqabilində kimisə tərifləməyə söz verirsə və sonra bunu etməyib həmin pulları geri qaytarırsa, nə rüşvətbazlıqdır? Əgər elədirsə, cinayət işini İlham Əliyevə qarşı qaldırın! O, bu illər ərzində yüzlərlə jurnalistə mənzil, qrant, fəxri ad, orden-medal, deputat mandatı və s. şəkilində saysız-hesabsız rüşvət verib. Bir daha deyirəm ki, rüşvət söbəti boş şeydir. Rüşvətə görə kimisə tutmaq istəyirsinizsə, İlham Əliyevin beynəlxalq miqyasda rəsmi sənədlərlə sübut edilmiş korrupsiya əməlləri haqqında Milli Şura və Müsavat Partiyası Baş Prokurorluğa göndərsikləri rəsmi şikayətləri qovluqlardan çıxardın və istintaqa başlayın. DTX-nın axtardığı başqa şeydir və bu, çox güman ki, Rasim Məmmədovun indi ittiham edilənlənlərə elə İlham Əliyevin özünü, bəlkə də Bəylər Əyyubovu və ya hansısa iriranqlı məmuru ifşa edəcək sənədləri ötürməsi ehtimalı ilə bağlıdır və bu, çox ağlabatan versiya sayılmalıdır. Elchin Sadigova və Evez Zeynalliya azadlıq!!!