Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin birgə təlimləri

Sentyabrın 5-də Azərbaycanda Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin birgə “TurAz Qartalı – 2022” təlimləri başlayacaq.

Ötən gün Türkiyə təyyarələri, pilotlar və texniki heyət Azərbaycana gəlib.

Azərbaycan Müdafiə Nazirliyinin təqdim etdiyi fotoya əsasən, bunlar iki “Herkules” hərbi-nəqliyyat təyyarəsi, üç F-16 qırıcısı və eyni sayda F-4 hücum təyyarəsidir.

Taktiki təlimlər zamanı hər iki ölkənin Hərbi Hava Qüvvələrinin birgə fəaliyyətinin planlaşdırılması, qarşılıqlı əlaqə və döyüş uzlaşmasının öyrənilməsi, eləcə də axtarış-xilasetmə tədbirlərinin icrası yerinə yetiriləcək.

Azərbaycan tərəfdən nə qədər döyüş təyyarəsinin cəlb ediləcəyi açıqlanmır. Lakin bir qayda olaraq, hər iki ölkənin hərbi texnikasının sayı eyni olur.

Contact.az