Ötən həftə Horadizdə yerləşən zastavada Sərhəd Qoşunlarının giziri qətlə yetirilib. Şahbuz rayonundan olan gizir Tural Mübariz oğlu Əliyev bir ay öncə xidmətə başlayıbmış. Məlumat “Azadlıq”a Şahbuzdakı mənbələrdən dxil olub.
Məlumatda deyilir ki, gizirin valideynlərinə onun intihar etdiyi bildirilib. Lakin meyitin üzərində 3 avtomat gülləsi aşkarlanıb. Üstəlik bu itki barədə heç bir rəsmi məlumat yayılmayıb.
Sərhəd Qoşunlarının giziri güllələnib
•