Tokayev erkən prezident seçkisi keçirəcək

Bu arada ölkənin insan haqları qrupları və siyasi fəalları yanvar etirazlarının tam təhqiq olunmasına çağırırlar

Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev bir neçə aya vaxtından əvvəl prezident seçkisi keçirəcək və ikinci müddətə seçilmək üçün namizədliyini verəcək.

Sentyabrın 1-də illik müraciətində Tokayev prezidentlik müddətini beş ildən yeddi ilə qaldırmağı, gələcək prezidentlərin bir müddətdən artıq namizədliyini verməyi yasaqlamağı təklif edib.

“2022-ci ilin payızında vaxtından əvvəl prezident seçkisi keçirməyi təklif edirəm”, – deyən Tokayev bu tədbirlərin “dövlətçiliyimizi gücləndirmək”, “islahatları qorumaq” üçün gərəkdiyini söyləyib.

site logo
site logo

Axtar2022, 01 Sentyabr, Cümə axşamı, Bakı vaxtı 14:17DÜNYA

Tokayev erkən prezident seçkisi keçirəcək

37 dəqiqə öncə

Qasım-Jomart Tokayev
Qasım-Jomart Tokayev

Bu arada ölkənin insan haqları qrupları və siyasi fəalları yanvar etirazlarının tam təhqiq olunmasına çağırırlar

Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev bir neçə aya vaxtından əvvəl prezident seçkisi keçirəcək və ikinci müddətə seçilmək üçün namizədliyini verəcək.

Sentyabrın 1-də illik müraciətində Tokayev prezidentlik müddətini beş ildən yeddi ilə qaldırmağı, gələcək prezidentlərin bir müddətdən artıq namizədliyini verməyi yasaqlamağı təklif edib.

“2022-ci ilin payızında vaxtından əvvəl prezident seçkisi keçirməyi təklif edirəm”, – deyən Tokayev bu tədbirlərin “dövlətçiliyimizi gücləndirmək”, “islahatları qorumaq” üçün gərəkdiyini söyləyib.

Karen Ohancanyan: 'Bu yolla Azərbaycan öz altına saatlı bomba qoyur'

Karen Ohancanyan: ‘Bu yolla Azərbaycan öz altına saatlı bomba qoyur’

Kod yaddaşa götürüldü 


en  px hündürlük  px

The URL has been copied to your clipboard

No media source currently available0:006:180:00

Parlament seçkiləri də olacaq

Tokayev 2023-cü ilin birinci yarısında erkən parlament seçkiləri keçiriləcəyini də söyləyib. O, həm parlamentin aşağı palatası Məclisə, həm də yerli şuralar olan Məsləhətlərə seçkilərin keçiriləcəyini vurğulalyıb.

Qazaxıstanda prezident seçkisi 2024-cü, parlament seçkisi isə 2025-ci ildə keçirilməliydi.

Tokayev 2019-cu ilin martında prezident vəzifəsini icra etməyə başlayıb. Keçmiş prezident Nursultan Nazarbayev ölkəni 30 ilədək idarə edəndən sonra gözlənilmədən istefa verib və Tokayevi varisi seçib.

2019-cu ilin iyununda erkən seçkidə Tokayev prezident seçilib.

Bu ili yanvarında qanlı yanvar iğtişaşlarından sonra Tokayevlə Nazarbayevin münasibətləri soyuyub. Tokayev sələfinin bütün vəzifələrini alıb, onun zəngin və nüfuzlu qohumlarına təzyiqləri artırıb.

Gözlənilən seçki isə seçiləcəyi halda Tokayevin müstəqil lider kimi səlahiyyətini gücləndirə bilər.

Azadlıq radiosu