Birlik bölgələrdə müzakirə olunur

AXCP sədrinin müavini Nurəddin Məmmədli Mingəçevirdə olub

 

AXCP sədrinin müavini Nurəddin Məmmədli bölgələrə səfəri çərçivəsində Mingəçevir şəhərində partiyanın yerli şöbəsinin fəallarıyla görüş keçirib. Müsavat Partiyası yerli təşkilatının üzvlərinin də qatıldığı tədbirdə 2010-cu ilin parlament seçkisindən sonrakı vəziyyət, dünyada, ələlxüsus Tunisdə və Misirdə, o cümlədən yaxın Şərqdə baş verən hadisələr geniş müzakirə olunub. Bu hadisələrin Azərbaycanda doğurduğu reaksiyadan söz açılıb.
Görüş iştirakçıları Azərbaycan Xalq Cəbhəsi Partiyası ilə Müsavat Partiyasının birləşməsi formulu ətrafında da müzakirələr aparıblar. Qeyd olunub ki, indiki məqamda hər iki partiyanın üzvləri bir-birinə qarşı ittihamlar səsləndirməyə son qoymalıdırlar. Bu birliyin yalnız və yalnız xalqın nicatı üçün önəmli ola biləcəyi diqqətə çatdırılıb.
Tədbirdə, həmçinin AXCP Mingəçevir şəhər şöbəsinin təşkilati məsələləri, şöbənin gələcək fəaliyyət strategiyası diqqət mərkəzində olub. Sonda N.Məmmədli partiya fəallarını maraqlandıran sualları cavablandırıb.

 

Zeyd