Çar Rusiyasının Afrikada kolonializm macərası

Müasir dövrdə Rusiya Afrika materikində siyasi, iqtisadi və hərbi cəhətdən varlığını davam etdirir və son zamanlar həyata keçirilən Afrika-Rusiya forumları ilə bu əlaqələr daha da möhkəmləndirilməyə çalışılır. Maraqlıdır ki, Rusiyanın Asiyada kolonialist fəaliyyəti uğurlu olsa da, Afrikada işlər gözlənildiyi kimi getmədi. Bu dəfə Çar Rusiyasının Afrikada kolonialist təşəbbüslərini gözdən keçirək.

1888-ci ildə imperiya qəzetləri Rusiyanı Hind okeanında möhkəmlətmək və nəhayət Efiopiya ətrafını ilhaq etmək üçün Nikolay Aşinov tərəfindən Yeni Moskva adlı (müasir Cibutidə) Afrika koloniyasının yaradılması haqqında xəbər verirdilər.

Koloniya uzun müddət tab gətirmədi və rus kolonistlər 1889-cu ildə fransızlar tərəfindən qovuldu. Mətbuat Rusiyanın öz qəhvəsinin olması, Afrikanın rus məskəni, qitədə pravoslavlığın yayılması perspektivləri haqqında xəyal qururdu.

Aşinovun müstəmləkə ekspedisiyası bəzi aparıcı ictimai xadimlərin və yüksək vəzifəli şəxslərin, o cümlədən III Aleksandrın dəstəyini qazandı. Uğursuzluqdan sonra hökumət onu bu işdən kənarlaşdırdı. Əvəzində Rusiyaya Efiopiyaya nüfuz etməklə (penetrate) bu ərazini öz hakimiyyəti və nəzarəti altına almağa çalışdı. Həqiqətən də əsrin əvvəlində çar Rusiyası Efiopiya ilə əlaqələrini möhkəmləndirmək üçün çox səy göstərdi. Xarici İşlər Nazirliyinin məxfi yazışmaları isə fərqli mənzərə yaradırdı. Rusiyanın konsulu Petr Vlasov Efiopiyanı “əlimizdə olan itaətkar silah” adlandırırdı, və qeyd edirdi ki, bu, xüsusilə müharibə vəziyyətində digər müstəmləkə gücləri üzərində təsir rıçağı kimi faydalıdır.

O, hərbi zəbt yolu ilə Efiopiyanı koloniyaya çevirmək barədə fərziyyələr irəli sürdü, lakin praktiki səbəblərə görə bunun əleyhini tövsiyə edirdi. Nazirlik isə gələcəkdə ölkənin iqtisadi istismarını nəzərdə tuturdu. Efiopiyada Qraf Abai kimi tanınan Nikolay Leontyev 1894-cü ildə ölkəyə tədqiqat ekspedisiyasına rəhbərlik etdi, II Menelikin etimadını qazandı və Efiopiyaya italyanların qarşısını almağa kömək etdi, bu da ona Ekvator əyalətlərinin general-qubernatoru olmağa imkan verdi. Maraqlısı budur ki, bu vəzifəni o özü icad etmişdi.

Leontyev ölkənin mineral sərvətlərini istismar etmək fikrində idi və 1902-ci ildə Efiopiyanın bölünməsini nəzərdən keçirərək II Nikolayı “bu vilayətlər üzərindəki hüquqlarını” öz üzərinə götürməyə dəvət etdi. Bu, müstəmləkə müdaxiləsi demək idi.

Efiopiyada iqtisadi maraqların güdülməsi ideyası Rusiyanın müstəmləkə naziri tərəfindən dəstəkləndi və o ümid edirdi ki, bu, imperiyaya ölkənin daxili işlərinə zorla müdaxilə etməyə imkan verəcək. Bu planlar heç vaxt baş tutmadı və Rusiya Efiopiyaya təsirini itirdi.

Bütün bunlar bizə göstərir ki, Çar Rusiyası Afrikanı müstəmləkə etmək niyyətindən heç vaxt məhrum olmayıb. Sadəcə həmin zamanda bunun üçün kifayət qədər resursu yox idi.

postsovetmenzeresi