Azərbaycanın Böyük Britaniyadakı səfirliyinə hücum

Avqustun 4-də Azərbaycanın Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfirliyinə hücum olub. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Nazirliyin məlumatında deyilir ki, bir qrup radikal dini dəstə səfirliyin binasına daxil olub. Hücum edənlər səfirlik binasının eyvanında dini bayraqlar qaldırıblar, dini şüarlar səsləndiriblər.
Yerli polisin müdaxiləsindən sonra qrup üzvləri binadan çıxarılıb.
Xarici İşlər Nazirliyi səfirliyə hücum edənlərin saxlanıldığını da açıqlayıb.
“Hadisə nəticəsində səfirliyin əməkdaşları xəsarət almayıb. Hadisə yerli hüquq-mühafizə qurumları tərəfindən araşdırılır. Araşdırmanın nəticələri ilə bağlı əlavə məlumat veriləcək”, – Xarici İşlər Nazirliyinin məlumatında deyilir.


Azadliq.info