Dəməşqdən qaçış başlandı
Rusiya, Rumıniya və Hindistanın Suriyanın paytaxtı Dəməşqdəki səfirləri şəhəri təcili tərk ediblər.
Azadliq.info-nun Türkiyə KİV-lərinə istinadən verdiyi məlumatına görə Rusiyanın Suriyadakı səfiri Beyrut-Dubay-Moskva, Rumıniya səfiri Beyrut-İstanbul-Buxarest, Hindistanın səfiri isə Beyrut-Dubay-Nyu Delhi istiqamətində yola çıxıblar.
Səfirlərin Dəməşqi tələsik tərk etmələrinin səbəbləri hələ bilinmir.