Bəxtiyar İmanov
Qurban Məmmədovun birinci yalanı: Əli Kərimli Tofiq Şahmuradovu siyasi məhbus elan etməyib (yazısı səhifəsində durur). İstəsəydi də edə bilməzdi. Çünki siyasi məhbus olmaq üçün əvvəlcə məhbus olmaq lazımdır. Tofiq Şahmuradov sadəcə 30 sutka müddətinə inzibati qaydada həbs olunub. O nə məhbusdur, nə də siyasi məhbus. Əli Kərimli generalların mal – qarasından yazan bir bloqçunun inzibati qaydada həbsinə bir cümlə ilə etiraz edib. Bu incəliyi sadə insanlar bilməyə bilər. Ancaq Qurban Məmmədov hüquqşünasdır. Bilə – bilə ki, Əli Kərimli Tofiq Şahmuradovu siyasi məhbus elan etməyib, yalan danışır və auditoriyasını qəsdən aldadır.
Qurban Məmmədovun 2-ci böyük yalanı: Əli bəy Tərtər işgəncəsi haqda ilk danışan siyasətçidir. Hamı qorxu içində olanda, hətta ailələri işgəncə ilə öldürülmüş övladlarını normal dəfn belə edə bilmədiyi bir vaxtda, Əli bəy dövlət səviyyəsində verilən işgəncələri lənətləyib, işgəncənin dayandırılmasını tələb edib. Hökumətin bəhanəsini kəsmək üçün 20 dəqiqəlik çıxışında onu da deyib ki, həqiqi xəyanətkar varsa, cəzalandırılsın. Ancaq hətta həqiqi xəyanətkar da açıq məhkəmə yolu ilə cəzalandırılmalıdır. İşgəncə altında heç kimi öldürmək olmaz. Qurban Məmmədov yaşından, ağ saqqalından utanmadan Əli bəyin çıxışını kəsib elə təqdim edir ki, guya Əli bəy deyibmiş ki, Tərtər qurbanlarına yaxşı edib işgəncə veriblər. Bu böyüklükdə saxtakarlıq, yalançılıq edə bilmək üçün adam gərək Qurban Məmmədov olsun.
Qurban Məmmədovun 3- cü böyük yalanı: Qurban Məmmədov yalandan üzə durur ki, guya Əli bəy Abid Qafarov və İlham Aslanoğlunu müdafiə etməyib, onlar həbs olunanda bu barədə yazı yazmayıb. Gözünün içinə qədər yalan danışır. Əli bəyin Abid Qafarov və İlham Aslanoğlunu müdafiə edən yazılarını 10 minlərlə insan oxuyub. Həmin yazıların bəzilərinin linklərini yazının rəy bölümünə yerləşdirəcəm.
Qurban Məmmədovun 4- cü böyük yalanı. Bu siyasi dələduz iddia edir ki, Əli bəy Tərtər cinayətlərinin açılması üçün heç nə etməyib. Necə bu həyasız yalanı danışmaq olar? Elə şəxsən mən Əli bəyin Tərtər qurbanları haqda yazdıqları əsasında 10-larla plakat hazırlamışam. Əli bəy 10-larla çıxışında, 10-larla yazısında Tərtər qətliamına ən sərt, obyektiv qiymət verib. Bütün bunları necə danmaq olar?
Qurban Məmmədovun yalanları saymaqla bitməz. Mən ən son yalanlarını yazdım. Sonda demək istəyirəm ki, Əli bəy o qədər ədalətli adamdır ki, hətta bu yalan, şər simvolu olan Qurban Məmmədovun da evinin sökülməsinə etiraz çıxışı etmişdi. Elin gözü tərəzidir. Xalqımız kimin kim olduğunu yaxşı bilir.