Şeytana vəkillik edən

İlham Hüseyn

Bu yazını yazmaya da bilərdim. Çünki kifayət qədər izahat verilib və ədalət hissini itirməmiş adamlar da bu izahata qane olub. Amma görürəm ki, xeyli adam yenə də Şeyx Nəsrullahların tələsinə düşür, əsas məğzi bilmədən fikir yürüdür. Mənəvi və siyasi baxımdan vəfat etmiş Qurban Məmmədov da ləkə atmaq üçün fütsət tapıb. Əlbəttə, biz “ölü”nün arxasınca danışmaq istəmirik. Amma ölmüş adam hələ də diriləri aldada bilirsə, həqiqəti təkrar-təkrar söyləməyin zərəri yoxdur. Əli Kərimli son dövrlər şərlənərək həbs olunanlarla bağlı yazı yazıb və bu yazıya Tofiq Şahmuradovun da adını qeyd edib. Əli Kərimli bu adamı şəxsən tanımır, mən də ilk dəfə məlum yazıdan sonra tanıdım. Bəlkə də araşdırsaq görərik ki, bu adam Əli Kərimli, AXCP haqqında çoxlu hədyanlar da yazıb. Amma biz şəxsləri müdafiə edəndə, onların bizə münasibətinə istinad etmirik, kakimiyyətin onları niyə həbs etdiyinə diqqət yetiririk. İndi “London fatehi” və onun kimi bulanıq suda balıq tutmaq istəyənlərin ədalət damarı fontan vurub. Guya, Əli Kərimli Tərtər cinayətinə haqq qazandıran şəxsi müdafiə edirmiş. Mən bu adamlara sual edirəm. Tofiq Şahmuradov Tərtər cinayətinə görə həbs edilib? Nə vaxtsa hökumətinTərtər işinə haqq qazandıranlara qəzəbini görmüsüz? Əslində bu məsələyə görə Əli Kərimlini hədəf seçənlər, dolayısıyla hökumətə xidmət göstərmiş olurlar. Tərtər işini illərdi ört-basdır etməyə çalışanları, Tərtər işinə görə kimisə cəzalandırdığını təbliğ edirlər. Əli Kərimli də deyir ki, bu adamı Tərtər işinə görə yox, generalların Qarabağda mal-qara biznesiylə məşğul olmağından yazdığı üçün cəzalandırıblar. Tragikomediya budur ki, Londondakı rəhmətlik hüquqşünasdı və dəqiq bilir ki, hüquqi baxımdan Əli bəyin mövqeyi tam ədalətlidir. Amma adam Londona gedəndən sonra insana vəkillikdən imtina edib, şeytana vəkillik etməklə məşğuldu. Ona görə də istənilən hadisəyə qiymət verəndə min sifət dəyişənlərin deyil, bir sifətlə yaşayanların izahatına önəm vermək lazımdır.
Yeri gəlmişkən, bütün namərdliklərinə, şər-böhtanına baxmayaraq, Qurban Məmmədovun Bakıdakı 5 mərtəbəli evi söküləndə buna ilk etiraz edən də Əli Kərimli olmuşdu.