Mingəçevirdə vəzifəli şəxsə cinayət işi açılıb


Rəsm Qalereyasının direktor müavini xəstəxanaya işə qəbul olunacağı vədiylə tanışının 7 min manatını ələ keçirib


Mingəçevir Rəsm Qalereyasının direktor müavini Fatma Ələkbərovanın işə düzəltmək adı altında vətəndaşın pulunu ələ keçirməsi ilə bağlı daxil olmuş müraciət üzrə şəhər prokurorluğunda araşdırma aparılıb.
Bu haqda Mingəçevir şəhər prokurorluğu məlumat yayıb.
Araşdırmalarla Fatma Ələkbərovanın tanışının Mingəçevir şəhər Mərkəzi Xəstəxanasına köçürülmə qaydasında işə qəbul olunacağı barədə yalan vədlər verməklə ondan 7 min manat pul vəsaitini alaraq ələ keçirməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Cinayət Məcəlləsinin 178.2.4 (xeyli miqdarda ziyan vurmaqla dələduzluq) və 32.4, 312.1-ci (rüşvət verməyə təhrik etmə) maddələri ilə cinayət işi başlanıb.
Hazırda iş üzrə istintaq davam edir.
Qeyd edək ki, bu, son 2 ildə Mingəçevirdə vəzifəli şəxslərə qarşı eyni maddələrlə açılmış ilk cinayət işi deyil.
Azər