Milli Şuranın sədri, professor Cəmil Həsənli
Bakı Şəhər İcra Hakimiyyəti Milli Şuranın və Müsavat partiyasının üzvü Tofiq Yaqublu bəyin 20 iyul 2022-ci ildə saat 12.00-də Nazirlər Kabinetinin binası qarşısında “Quru sərhədləri açın” tələbi ilə bağlı xəbərdarlıq məktubuna rədd cavabı verib. Yeri gəlmişkən bu icazə müraciəti deyil, xəbərdarlıq müraciətidir. Bakı Şəhər İcra Hakimiyyəti xəbərdarlıqla icazəni bir-biri ilə dəyişik salır. Tofiq Yaqublu Nazirlər Kabinetinin qarşısında bina tikmək üçün torpaq sahəsi istəmir, Azərbaycan konstitusiyasının ona verdiyi hökumətin yarıtmaz siyasətinə etiraz etmək hüququndan isdufadə edir.
Pandemiyaya istinad edib quru sərhədləri bağlı saxlamağın hökumət ağlabata izah verməlidir. Birincisi, bu Bakı şəhər İH-nin səlahiyyətinə aid məsələ deyil. İkincisi, bəyəm hava yolu ilə virus gəlmir? Üçüncüsü, Ermənistanla açıq olan quru yolundan virus daxil ola bilmir? Sadəcə olaraq Azərbaycan hakimiyyəti Covid – 19-dan siyasi məqsədlər üçün üstifadə edir. Halbuki Azərbaycan hökuməti xüsusi karantin rejimini bu ilin sentyabr ayının 1-nə qədər uzadanda respublikada yoluxma təhlükəsi ən aşağı həddə olub. Bu halda bütün dünya və region ölkələrində quru sərhədləri açıq olduğu halda, niyə Azərbaycan hökuməti ölkəni qapalı əraziyə çevirib. Görünən odur ki, pandemiya burada bəhanədir.
Yeri gəlmişkən ölkə vətəndaşlarının qonşu dövlətlərdə çoxlu sayda qohum-əqrəbası, çoxlarının valideynləri və övladları sərhədin müxtəlif tərəflərində yaşayır. Hətta kommunist-totalitar dövründə beton divarlarla əhatə olunmuş Qərbi Berlində qohumların görüşməsi üçün quru yolunu açıq salayırdılar. Formula 1 yarışlarının tamaşaçıları quru yolla gələ bilərdi, amma illərlə övladlarını görməyən valideynlər Gürcüstandan Azərbaycana quru yolu ilə gələ bilməz.
Bundan əlavə quru yollarının bağlı saxlanmasın hakim ailənin nəzarətinə keçmiş AZAL-ın milləti soymaq vasitəsinə çevrilib. Quru yolun bağlanması ilə sərhədyanı ticarət dayanıb. Bunların öz maşınları keçir, amma vətəndaş başalasına 5 kq ərzaq gətirə bilməz. Sərhədlərin qapalı saxlanmasından hakimiyyət siyasi məqsədlərlə, hakim ailə varlanmaq ehtrası üçün istifadə edir. Nə isə, deyiləsi söz çoxdur.
Tofiq Yaqublu çox haqlı tələb qoyub. Onun qoyduğu tələb millətin hərəkət azadlığına qoyulan məhdudiyyəti aradan qaldırmağa hədəflənib. Fikrimizcə, onun “Quru sərhədləri açın” tələbi hər kəs tərəfindən müdafiə edilməlidir. Bu qadağalar milyonlarla adamın hərəkət azadlığını məhdudlaşdırır, ailələrin görüşməsinə məhdudiyyət yaradır, Əliyev ailəsi və onların soyğunçu şirkətləri pandemiya adı altında millətin cibinə girirlər. Bütün bu eybəcərlikırə yox deyilməlidir! Tofiq bəyin tələbi müdafiə olunmalıdır.