Vinnitsaya raket zərbələrində azı 23 nəfər ölüb

Vinnitsaya atılan Rusiya raketlərinin ofis binasına, yaşayış binalarına və tibbi mərkəzə düşdüyü deyilir

Ukraynanın mərkəzindəki Vinnitsa şəhərinə raket zərbələri endirilməsi nəticəsində azı 23 nəfərin öldüyü, onlardan 3-nün uşaq olduğu bildirilir.

Bu barədə məlumatı Ukraynanın Dövlət Fövqəladə Hallar Xidməti verib.

Sosial şəbəkələrdə yayılan video və fotolardan görünür ki, raketlərdən biri 9 mərtəbəli yaşayış binasının maşın parkına düşüb.

Bu binanın qarşısında yerləşən Zabitlər evinin də bir hissəsinin dağıldığı görünür.

Azı 50 nəfərin xəsarət aldığı xəbər verilir.

Azadlıq radiosu