Məhərrəm Əliyevin keçmiş kadrları çıxılmaz durumda

Sabiq rəislə bağlı yeni təyinat polis zabitlərini niyə narahat edib?

Bakı Baş Polis Idarəsinin sabiq rəisi Məhərrəm Əliyevin Prezident Adminstasiyasına vəzifəyə gətirilməsi paytaxt polisində gərginlik yaradıb. Bununla bağlı bizi bilgiləndirən mənbənin sözlərinə görə, Məhərrəm Əliyev BBPI-nin rəisliyindən kənarlaşdırıldıqdan sonra onun himayəsi altında paytaxt polisində sürətli karyera əldə etməyi bacarmış polis zabitlərinin əksəriyyəti əks cəbhəyə, daxili işlər naziri Ramil Usubovun kadrlarının himayəsinə keçərək mövqelərini qorumağa çalışdılar.
Məhərrəm Əliyevin Tacikistana səfir göndərilməsi onu paytaxt polisindəki tərəfdarlarının tamamilə səf dəyişdirmələrinə səbəb oldu. Lakin, gözlənilmədən Məhərrəm Əliyevin Prezident Adminstarsiyasında şöbə müdiri vəzifəsinə gətirilməsi və onun mövqe dəyişdirmiş sabiq komandasında yeni gərginlik yaradıb. Indi onlar kimin tərəfində durmalı olduqlarını bilmədikləri kimi, prezident tərəfindən yenidən önə çəkilmiş Məhərrəm Əliyevin etibarını qazanmaq üçün yollar axtarırırlar.
Belə gərgin vəziyyətlə üzləşmiş polis zabitlərindən biri də Yasamal rayon Polis Idarəsinin 27-ci polis bölməsinin rəisi Faiq Hüseynovdur. Binəqədi rayon icra hakimiyyətinin sabiq icra başçısı Hüseyn Hüseynovun oğlu olan Faiq Hüseynov paytaxt polisi əməkdaşları arasında Məhərrəm Əliyevin adamı kimi tanınıb. Məlumata görə, Faiq Hüsynovun paytaxt polisində sürətli karyera əldə etməsində atası ilə BBPI-ninin sabiq rəisi Məhərrəm Əliyev arasındakı yaxın münasibət mühüm rol oynayıb. Lakin,  Məhərrəm Əliyev vəzifəsindən kənarlaşdırıldıqdan sonra Faiq Hüseynov mövqeyini dəyişərək əks cəbhənin himayəsinə keib. Bunun nəticəsi olaraq paytaxtın ucqarlarından mərkəzinə gətirilib və 29-ci polis bölməsinə rəis təyin olunub. Indi isə Məhərrəm Əliyevin Prezident Adminstrasiyasında yüksək vəzifəyə gətirilməsi və Ramil Usubovun karyerasının qürub çağına girməsi paytaxt polisinin bəzi yüksək çinli zabitləri kimi Faiq Hüseynov da gələcək karyersaı üçün qorxu keçirir. Məlumata görə, Faiq Hüseynov Məhərrəm Əliyev yeni vəzifəyə təyin edildikdən sonra onunla əlaqə yaradıb, keçmiş münasibətlərini bərpa etmək istəyir.