Polislər torpaq satır, bələdiyyə susur


Pirşağıda torpaq münaqişəsi pis sonluqla bitə bilər
Böyükağayeva Türkanə 2008-ci ildə Bahadur Tağıyev adlı şəxs tərəfindən yetkinlik yaşına çatmadan qaçırılıb və vətəndaş niigahına daxil olmağa məcbur edilib. Özünün bildirdiyinə görə “həyat yoldaşı” və onun ailəsi tərəfindən mənəvi və fiziki işgəncələrə məruz qalıb. Birgə yaşayışlarından bir qızları da dünyaya gəlib. Bahadur Tağıyevin ailəsi Türkanə Böyükağayevanı qəbul etmədiyi üçün Sabunçu rayonu Pirşağı qəsəbəsi Bağlar massivində böş torpaq sahəsində özbaşına tikili tikərək 10 ilə yaxın yaşayıbılar. Türkanə və qonşuların bildirdiyinə görə həmin tikili Böyükağayevanın qohumlarının maddi köməyi sayəsində ərsəyə gətirilib.
2019-cu ildə Bahadur Tağıyev Türkanə Böyükağayevanı uşağını da əlindən alaraq evdən çıxarıb. Evi və torpaq sahəsini hissələrə bölərək Fazil və Ayaz adlı şəxslərə satıb. İddialara görə həmin şəxslər ərazidə post patrul xidməti keçən polis əməkdaşlarıdır.


Hazırda həmin torpaq sahəsində tikili sökülüb və Mansurov Müqabil adlı şəxs tikinti işləri aparır. Mansurov torpaq sahəsini Ayaz və Fazil adlı şəxslərdən aldığını etiraf edib. Amma tikinti deyil hasar çəkdiyini bildirib.
Türkanə Böyükağayevanın şikayəti əsasında əməkdaşımız hadisə yerində olub. Tərəfləri dinləyib. Tərəflər arasında münaqişə yarandığı üçün DİN-in 102 Xidmətinə müraciət edib. Lakin iki saat ərzində polis əməkdaşları hadisə yerinə gəlməyib.
Əməkdaşımız Pirşağı bələdiyyəsini də məsələ ilə bağlı məlumatlandırıb,.
Bundan sonra orada baş verəcək hər hansı xoşagəlməz hadisə barədə polis və bələdiiyə orqanalrı məsuliyyət daşıyır.