Böyük Britaniyanın Baş naziri Boris Johnson istefaya qərar verib. Nələr olacaq? 5 suala cavabda

Böyük Britaniyanın Baş naziri istefaya qərar verib.

Bu, Boris Johnson-un hökumət başçısı vəzifəsində üzləşdiyi ilk qalmaqal deyil. BBC News Azərbaycanca Britaniyada yaranan siyasi böhrana və onun mümkün nəticələrinə nəzər salıb.  

Hazırda nə baş verir?  

Britaniyanın Baş nazirinin ətrafında siyasi böhran dərinləşməkdədir. Boris Johnson-un bəzi ən yaxın tərəfdarları belə onun istefasını tələb ediblər.

Baş nazirə qarşı irəli sürülən iradlar əsasən birbaşa partiyanın fəaliyyəti və ya kursu ilə əlaqəli deyil. Əsas şikayətlər onun fərdi və rəhbərlik xüsusiyyətləri ilə bağlıdır. 

Baş nazir artıq bir neçə dəfədir ki, parlament və polis araşdırmaları vaxtı öz ifadələrini dəyişdirib. Onun tənqidçiləri bunu qeyri-məqbul hesab edirlər.

Ötən gün Johnson-a qarşı maliyyə və səhiyyə nazirləri çıxış ediblər. Rishi Sunak və Sajid Javid onun vəzifədən getməyə səsləyərək istefaya çıxıblar.

Çərşənbə günü vəzifədən gedən rəsmilərin sayı 30-u keçsə də, Boris Johnson yenə də, istefa çağırışlarını rədd edib. Ancaq bu gün səhər Boris Johnson payızda istefa verəcəyini açıqlayıb. Bir gün öncə isə millət vəkilləri qarşısına çıxan hökumət başçısı demişdi ki, 2019-cu ildəki seçkilər vaxtı qazandığı “mandat” ona işini davam etdirməyə əsas verir.  

Bbc