AXCP sədri Əli Kərimli
- Prezidentin yaxın qohumları heç bir dövlət vəzifəsi tuta bilməyəcək;
- Prezidentin səlahiyyətləri azalacaq, əvəzində güclü, səlahiyyətli parlament formalaşacaq;
- Parlament seçkilərində qarışıq seçki sistemi tətbiq olunacaq. Parlament üzvlərinin 70 faizi proporsional sistemlə, yalnız 30 faizi mojaritar sistemlə seçiləcək;
- Dövlət çoxpartiyalılıq üçün şəraiti yaxşılaşdıracaq. Parlamentdə təmsil olunmaq üçün baryer 5 faizə endiriləcək. Partiyaların qeydiyyatı asanlaşdırılacaq, onların seçkidə iştirakı üçün tələb olunan seçici imzaları 20 mindən 5 minə endiriləcək;
- Prezident partiya üzvü olmayacaq və 2 dəfədən artıq seçilməyəcək;
- Nəhayət, dost, qardaş Qazaxıstan “ümummilli liderdən” də imtina etdi. Elbaşı statusu Konstitusiyadan çıxarıldı.
Qardaş Qazaxıstandan yaxşı xəbərlər gəlir. Prezident Tokayevin təşəbbüsü ilə Qazaxıstan Konstitusiyasına xeyli mütərəqqi müddəalar əlavə edilib. Qalır bu mütərəqqi müddəaların həqiqətən də həyata keçirilməsi.
Dostlar, demişdik axı dünya dəyişir. Artıq Qazaxıstan da bizə müsbət nümunələr yaradır. Azərbaycan da dəyişəcək. Xalqımızın birgə səylərilə dəyişəcək.