Mahal İsmayıloğlu: «Səmərəsiz yerə pul xərcləməyin mənasızlığını özləri də başa düşür»
Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin nəzarətində olan qəzetlərin bağlandığı barədə son vaxtlar bəzi məlumatlar gəzir. Bu nəşrlərdən biri olan “Paritet” qəzetinin artıq fəaliyyətini dayandırdığı bildirilir. R.Mehdiyevin nəzarətində olan digər qəzetlərin də bağlanacağı, onların artıq abunə siyahısından çıxarıldığı da verilən xəbərlər sırasındadır.
Sözügedən məsələ barədə şərh verən media sahəsi üzrə ekspert Mahal Ismayıloğlu inanmır ki, Ramiz Mehdiyevin nəzarətində olan qəzetləri bağlamağa cəhd edən hansısa məmur olsun: “Bu, inandırıcı görünmür, çünki R.Mehdiyevin real mövqeyi hələ laxlamayıb və ona qarşı hansısa konkret addımlar atılmayıb. Sadəcə olaraq, bu gün mətbuatın çıxması üçün kifayət qədər maliyyə lazımdır. Fikir verin, G.Əhmədova vəzifəsini itirən kimi ”Mərkəz” qəzeti fəaliyyətini dayandırmalı oldu. Görünür, səmərəsiz yerə pul xərcləməyin mənasızlığını özləri də başa düşür”.
Mahal bəy qeyd edir ki, onsuz da ictimai rəyin formalaşmasında dominant olan bir neçə qəzet və informasiya-xəbər portalı var. Bütün bunların qarşılığında da hakimiyyət mətbuatla bağlı belə bir taktika seçir.
Nigar


