Misir müxalifəti referendumun nəticələri ilə razılaşmır

Misirin liberal müxalifəti islamçıların dəstəklədiyi konstitusiyaya dair referendumun nəticələri ilə razılaşmayacağını bildirir. Ölkədə iki mərhələdə keçirilən referendumda seçicilərin əksəriyyətinin ona dəstək verdiyi bildirilir. Müxalifət seçici fəallığınıın aşağı olduğunu və səsvermənin ciddi pozuntularla müşayiət olduğunu bildirir.

Müxalif Milli Xilas Cəbhəsinin üzvləri bazar ertəsi günü referendumun rəsmi nəticələri elan edildikdən sonra səsvermədə zamanı pozuntularla bağlı şikayət edəcəyini bildirir. Misirin 27 vilayətindən 17-də iki mərhələdə keçirilmiş referendumda səsvermə şənbə günü başa çatmışdır. Səsvermə dekabrın 15-də ölkənin 10 vilayətində başlamışdı.

Misir prezidenti Məhəmməd Mursinin bir zamanlar üzv olduğu Müsəlman Qardaşları hərəkatı bazar günü qeyri-rəsmi nəticələrin seçicilərin 64 faizinin konstitusiyaya dəstək verdiyini göstərdiyini bəyan edib. İslamçı qrup səsvermədə seçici fəallığının da 32 faiz təşkil etdiyini bildirib.