Suriyanın mərkəzi əyaləti olan Hamanın Halfaya şəhərində çörək sexinə hava zərbələri nəticəsində təxminən 200 nəfər ölüb, onlarla yaralı var.
«Reuters»in hadisə şahidlərinə istinadən verdiyi məlumata görə, ölənlərin sayı daha çox ola bilər. Halfaya şəhəri bu günlərdə Hamanı ələ keçirmək istəyən müxalifət qüvvələri tərəfindən mühasirəyə alınmışdı. Hadisə baş verən zaman çörək sexində böyük növbə olduğundan ölənlərin sayı da çox olub. Ölkədə yanacaq və un çatışmazlığı insanların çörək almaq üçün saatlarla növbələrdə gözləməsinə səbəb olur.
Human Right Watch təşkilatı bundan əvvəl də Əsəd qüvvələrini çörək sexlərinə hava zərbələri endirməkdə günahlandırıb. Bu zərbələr daha çox mülki şəxslərin ölməsinə səbəb olur.
Azadlıq. info


