İşğalın 82-ci günü

Türkiyənin tikinti şirkətləri Rusiyada gördükləri işin pulunu ala bilmirlər

Söhbət milyardlarla dollardan gedir. Bundan başqa, Rusiya-Ukrayna münaqişəsinə görə sement və polad kimi tikinti materiallarının kəskin şəkildə bahalaşması bu şirkətlərin gəlirini əhəmiyyətli dərəcədə azaldıb.

Senator Ukraynaya 40 milyard dollarlıq yardımı ləngidir

Mayın 12-də ABŞ Senatındakı demokrat və respublikaçı millət vəkilləri nadir hallarda görünən yekdilliklə Ukraynaya 40 milyard dollarlıq yardım paketi qərarını səsvermədən keçirmək istəsələr də, buna son anda respublikaçı senator Rend Pol mane olub. Senator Pol gileylənib ki, bu, bir ayın ərzində Ukrayna üçün ikinci böyük yardım paketidir və Konqres “elə hey pul xərcləyir”. 

Finlandiya NATO-ya tələsir

Finlandiyanın Prezidenti Sauli Niinistö və Baş naziri Sanna Marin ölkənin NATO-ya üzvlüyünü dəstəkləyirlər. Onların birgə bəyanatı mayın 12-də yayılıb. Bəyanatda deyilir ki, alyans ölkənin təhlükəsizliyinin möhkəmləndirilməsinə kömək edə bilər. 

Ekspert: Ukraynada müharibənin yeni mərhələsi başlayır

Vaşinqtonun açıqlamasına görə, artilleriya qurğularından başqa, Kiyevə hava hücumundan müdafiə sistemləri və uzaq məsafə qət edə bilən dronlar da veriləcək.

Azadlıq radiosu