Bakıda keçirilən etiraz aksiyası sonda yürüşlə başa çatdı

Təşkilatçılar bildiriblər ki, bu aksiyada məqsəd, bu günlərdə jurnalist Aytən Məmmədovaya silahlı təhdid, gənc fəal Bəxtiyar Hacıyevin oğurlanaraq döyülməsi, təhqir edilməsi və başqa bu kimi digər olaylara etiraz etməkdir.

DİN saxlananların oldmdığnı deyir

Aksiyadan bir qədər sonra Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən “ Turan” İnformasiya Agentliyinə deyilib ki, aksiya iştirakçılarından saxlanan yoxdur.Nazirlikdən habelə vurğulandığına görə, üstəlik, aksiyada hər hansı inisdent baş verməyib.

Təşkilatçılar da aksiyada saxlananların hamsının buraxıldığını təsdiqləyiblər.Onların vurğulamasına görə, təkcə polisdən 30-a yaxın aksiya iştirakçısı buraxılıb.Təşkilatçılar əlavə ediblər ki, saxlananlardan polisə aparılmayıb, şəhərdən kənarda sərbəst buraxılanlar da olub.

Yürüş iştirakçılarının sonda qətnaməsi oxunub.

Qətnamə Daxili İşlər Nazirliyinin binasının yaxınlığında səsləndirilib.

Qətnamədə ictimai fəallara, müxalifətçilərə və jurnalsitələr qarşı cinayətlər pislənib.

Qətnamədən sonra hüquq müdafiəçisi Rüfət Səfərov deyib ki, müxtəlif bölmələrdə aksiya iştirakçılarından saxalan var və onlar onların da buraxılmasını tələb edirlər.

Hələlik, baş verənlərə, səslənən tələblərə Daxili işlər Nazirliyi və başqa rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.Amma bir qayda olaraq rəsmilər ölkədə siyasi cinayətlərin olması ilə bağlı deyilənləri qəbul etmirlər.

Daxili İşlər Nazirliyi həm jurnalist Aytən Məmmədova hücüm, həm də gənc fəal Bəxtiyar Hacıyevin şikayəti ilə bağlı cinayət işinin açıldığını, araşdırma aparıldığını bildirib.

Azadlıq radiosu