İşğalın 77-ci günü

Ekspert: Ukraynada müharibənin yeni mərhələsi başlayır

Vaşinqtonun açıqlamasına görə, artilleriya qurğularından başqa, Kiyevə hava hücumundan müdafiə sistemləri və uzaq məsafə qət edə bilən dronlar da veriləcək.

ABŞ kəşfiyyatı: Putin Ukraynada uzun müharibəyə hazırlaşır

“Bizim qiymətləndirməmizə görə, prezident Putin uzanan münaqişəyə hazırlaşır. O bu müddətdə özünün Donbasdan da uzağa gedən məqsədlərinə çatmaq niyyətindədir”. Bu barədə mayın 10-da Konqresdə çıxış edən ABŞ Milli Kəşfiyyatının direktoru Evril Heyns danışıb. Xanım Heyns deyib ki, Rusiya Moldovanın separatçı Dnestryanı regionuna quru dəhlizi açmaq istəyir. 

Ukrayna iqtisadiyyatı üçün azalma proqnozu

Bu il Rusiyanın işğalı fonunda Ukrayna iqtisadiyyatında 30 faiz azalma gözlənir. Bu proqnozla mayın 10-da Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) çıxış edib. 

Azadlıq radiosu