Dövlət Departamenti: “Azərbaycanda biolaboratoriyalarla bağlı Rusiyanın bəyanatları yalandır”

Bazar ertəsi Vaşinqton Rusiyanın Qərbin Azərbaycan, Ermənistan, Qazaxıstan və Özbəkistan kimi ölkələrdə gizli bioloji tədqiqat laboratoriyaları yaratması ilə bağlı Rusiyanın iddialarını təkzib edib, Turan-ın Vaşinqton müxbiri bildirib .

“Biz kimyəvi silah və bioloji silah üzrə konvensiyalarla bağlı öz mövqeyimizi çox dəqiq müəyyənləşdirmişik. Ukrayna və digər ölkələrin də mövqeyi belədir, amma bunu Rusiya haqda demək olmaz”,-Prays deyib.

“Biz bilirik ki, bu, yalandır”,- Dövlət Departamentinin mətbuat katibi Ned Prays gündəlik brifinqdə Turan-ın sualının cavabında deyib.

Xatırladaq ki, şənbə günü Azərbaycan Dövlət Təhlükəsizliyi Xidməti ölkədə guya xaricdən maliyyələşdirilən bioloji tədqiqat laboratoriyalarının olması ilə bağlı Moskvanın iddialarını təkzib edib.

Contact.az