Bir binanın iki dəfə açılışı

Hökumət «prispiska siyasəti»ni davam etdirir

Xəbər verildiyi kimi dekabrın 21-də ölkə başçısı Ilham Əliyev Azərbaycan Voleybol Federasiyasının “Azəryol” voleybol klubunun yeni inzibati binasının, voleybol meydançasının və “Azəryol” hotelinin açılışında iştirak edib.
“Azadlıq”a daxil olan məlumatlara görə, sözügedən binanın artıq bir dəfə açılışı olub. Həmin mərasimdə nəqliyyat naziri Ziya Məmmədovla gənclər və idman naziri Azad Rəhimov iştirak edib. Hətta orada voleyboyl da oynanılıb. Binanın ikinci dəfə açılışı isə sadəcə “prispiska”dan başqa bir şey deyil.