Almaniya XİN başçısı: Türkiyənin Aİ-a üzvlüklə bağlı danışıqlarına yeni təkan verilməlidir

Almaniya xarici işlər naziri Gido Vestervelle Türkiyənin Avropa İttifaqına qoşulması ilə bağlı danışıqlara yeni təkan verməyə çağırıb.
O bildirib ki, əks halda Türkiyə bu quruma marağını itirə bilər. XİN başçısı Türkiyənin Aİ-a üzvlüyü ilə dağlı danışıqların dalandan çıxarılması üçüe yeni təşəbbüslər irəli sürməyi vacib hesab edib. «Biz avropalılar 2013-cü ilin ilk yarısından istifadə edərək Türkiyənin Aİ ilə yaxınlaşmasına yeni təkan verməli və Ankara ilə danışıqlarda yeni səhifə açmalıyıq» – deyə o Almaniya mətbuatına müsahibəsində bildirib. Almaniya xarici işlər naziri eyni zamanda xəbərdarlıq edib ki, əks halda Avropanın Türkiyəyə marağı Türkiyənin Aİ-a marağından çox ola bilər. Çünki son on ildə Türkiyə çox böyük nailiyyətlər əldə edib. Eyni zamanda regiondakı situasiya göstərib ki, bu ölkə Avropa ilə müsəlman dünyası arasında körpü ola bilər. Vestervelle qeyd edib ki, Türkiyə özü də yaxın vaxtlarda Aİ-a üzv olmağa can atmır. Ancaq tam haqlı olaraq ədalət vədanışıqlarda hörmət tələb edir.

Qeyd edək ki, indiyə qədər Türkiyənin Aİ-a yolunu kəsən dövlətlərdən biri də məhz Almaniya idi.

Azadlıq.info