Bin Əlinin əmlakı hərraca çıxarılıb

Tunisdə eks-prezidentin əmlakı satışa çıxarılır

Tunis hakimiyyəti devrilmiş prezident Zeynalabdin Bin Əlinin və ailəsinin əmlakını hərraca çıxarır. Söhbət 2,5 mln. dollar dəyərində 40 avtomobildən gedir. Satışa həmçinin eks-prezidentin bahalı kostyumları, pencəkləri, zərgərlik məmulatları və sənət əsərləri çıxarılıb. Hərrac təşkilatçıları satışdan 10 mln. dollardan artıq vəsait əldə etməyi planlaşdırır. Pullar dövlət büdcəsinə gedəcək.

Azadlıq.info