Bakıda 2 avtobus toqquşdu: yaralılar var

Bu gün saat 15:50 radələrində Bakının Səbail rayonu ərazisində “Sədərək” Ticarət Mərkəzinə gedən yolda 124 və 120 saylı iki sərnişin avtobusu toqquşub. Qəza nəticəsində sərnişinlər arasında xəsarət alanlar var. Hadisə yerinə hüquq-mühafizə orqanları və təcili yardım maşınları yollanıb. Qəza nəticəsində yolda tıxac yaranıb.