Qriqoryan bildirib ki, bu görüşdən sonra Paşinyan-Əliyev danışıqlarının keçirilməsi mümkündür
Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan AzadlıqRadiosunun Erməni xidməti Azatutuyuna deyib ki, mayın 2-də Brüsseldə Azərbaycan prezidentinin müşaviri Hikmət Hacıyevlə görüşü planlaşdırılıb:
“Biz Ermənistan-Azərbaycan münasibətləri ilə bağlı bir sıra məsələləri müzakirə edəcəyik”.
Qriqoryan bildirib ki, bu görüşdən sonra Paşinyan-Əliyev danışıqlarının keçirilməsi mümkündür:
“Əgər biz Brüsseldə bütün suallara cavab ala bilsək, həmçinin iki ölkə liderlərinin Brüsseldə görüşünü də müzakirə edə bilərik”.
Bundan əvvəl Azərbaycan prezidenti İlham Əliyev demişdi ki, mayın əvvəllərində Azərbaycan və Ermənistan nümayəndələrinin görüşü ola bilər.
Azatutuyun yazır ki, Armen Qriqoryan və Hikmət Hacıyev arasında bundan əvvəlkli görüş martın sonlarında Brüsseldə olmuşdu.
Bundan bir neçə gün sonra, aprelin 6-da Brüsseldə Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin vasitəçiliyi ilə İlham Əliyev və Nikol Paşinyanın görüşü keçirilmişdi.
Azatutuyun yazır ki, mayın 13-də Düşənbədə Azərbaycan, Ermənistan və Rusiya xarici işlər nazirlərinin görüşü olmalıdır.
Azadlıq radiosu