Konqres Ukrayna üçün ‘lend-liz’ qanununu dəstəklədi
ABŞ Konqresinin Nümayəndələr Palatası aprelin 28-də əksər səs çoxluğu ilə Ukrayna üçün “lend-liz” qanununu qəbul edib. Qanun Rusiya ilə müharibədə olan Ukraynaya ABŞ-ın hərbi və humanitar yardım yüklərinin fasiləsiz axınına şərait yaradacaq.
Putinin Moldova ssenarisi
“Putinin xəyalındakı ssenari belədir: O, Ukraynanın cənubunu bütünlükdə ələ keçirir, Dnestryanını tanıyır, sonra Moldovanın qalan hissəsində, o cümlədən Qaqauziyada iğtişaşlar törədir”, – Birminhem Universitetində beynəlxalq təhlükəsizlik professoru Stefan Vulff deyir. Qaqauziya Moldovada muxtar vilayətdir, sakinləri, əsasən, türkdilli pravoslav xristianlardır.
Moldova prezidenti ölkədə təxribat törədildiyini deyir
Kreml isə deyir ki, Dnestryanı bölgədə baş verənləri diqqətlə izləyir və regiondan gələn xəbərlər ciddi narahatlıq doğurur.
Dnestryanıda dron hücumlarından danışırlar
Moldovanın Dnestryanı regionunun separatçı rejimi Rusiyanın sursat deposu yerləşən kəndin üzərində Ukraynadan dronlar uçduğunu, sonra atəş açıldığını iddia edir. “Ötən gecə Kobasna kəndi üzərində səmada bir neçə dron görünüb. Dronlar Dnestryanı əraziyə Ukraynadan buraxılıb”, – məlumatda vurğulanır.
Azadlıq radiosu