AXCP kütləvi tədbirləri müzakirə etdi

AXCP Rəyasət Heyəti fevralın 7-də növbəti iclasını keçirib. İcsalda ictimai-siyasi vəziyyət müzakirə olunub.
Rəyasət Heyəti ötən şənbə gənc AXCP üzvü Cabbar Savalanlının həbs olunmasını repressiya kimi qiymətləndirərək, hadisəni pisləyən bəyanat qəbul edib. C.Savalanlının hüquqlarının qorunması üçün müdafiə komitəsinin fəaliyyət istiqamətləri müəyyənləşdirilib.
Rəyasət Heyəti tanınmış vəkil Osman Kazımovun Vəkillər Kollegiyasından xaric edilməsini də müzakirə edib. AXCP bunu O.Kazımovun siyasi mövqeyinə görə edilən təzyiq, hüquqa zidd qərar kimi qiymətləndirib.
Rəyasət Heyəti təşkilatı məsələləri də müzakirə edərək  mart ayı üçün daha kütləvi tədbirlərin keçirilməsini qərara alıb.