İşğalın 54-cü günü. Hər 5 nəfərdən 1-i…

Rusiyanın Ukraynaya zərbələri intensivləşdirdiyi bildirilir

Ukrayna rəsmilərinin verdikləri məlumata görə, Rusiyanın Ukraynaya hücumundan bu yana təkcə Xarkov şəhərində 500-dən çox dinc sakin öldürülüb.

1.7 milyard nəfər aclıq və yoxsulluq astanasında

Ukrayna böhranı bəşəriyyətin beşdə birini, yəni 1.7 milyard nəfəri aclığa, səfalətə sürükləyə bilər. Bunu BMT-nin Baş katibi Antonio Quterreş Çexiyanın “Seznam Zpravy” nəşrinə müsahibəsində deyib.

Dağıntılar altından 41 cəsəd çıxarılıb

Kiyev vilayətinin Borodyanka şəhərində axtarış əməliyyatları başlayandan indiyədək dağıntılar altından 41 nəfərin cəsədi çıxarılıb. Bu barədə Ukrayna Fövqəladə Hallar Xidməti məlumat yayıb.

Məlumata görə, Rusiya ordusunun açdığı atəşlər nəticəsində yarasız hala düşən yaşayış binasının dağıntıları altında ölənlərin axtarışlarına aprelin 6-da başlanılıb. Xilasedicilərin dediyinə görə, indiyə qədər kimi, dağılan yeddi evdən beşinə baxış keçirə biliblər.

Azadlıq radiosu