BMT Təhlükəsizlik Şurası İran şirkətlərinə sanksiya qoyub

BMT Təhlükəsizlik Şurası dekabrın 20-də Suriyaya və digər ölkələrə silah qaçaqmalçılığında günahlandırılan İranın iki şirkətinə sanksiya qoyub.

“Media forum” saytının məlumatına görə, BMT Təhlükəsizlik Şurasının yaydığı bəyanatda bildirilir ki, İranın “YasAir” aviasiya şirkəti və “Sad” idxal-ixrac şirkəti Suriyaya və bir sıra digər ölkələrə gizlicə müxtəlif silah-sursat göndərib, beynəlxalq terrorizmə dəstək verib. Bəyanatda bildirilir ki, İran həmin fəaliyyətlərini ört-basdır etmək üçün ölkənin aviasiya şirkətlərindən və digər nəqliyyat sahələrindən yararlanıb.