Mingəçevirdə 19 yaşlı gənc su kanlında boğulub


O, əsgərlikdən evə məzuniyyətə gəlibmiş
Mingəçevirdə 19 yaşlı gənc su kanlında boğulub. Hadisə Yuxarı Qarabağ kanalının Mingəçevir şəhərindən keçən hissəsində qeydə alınıb. Batan şəxsin 19 yaşlı Allahverdi Əhmədov olduğu müəyyən edilib.
İlkin araşdırmalar zamanı məlum olub ki, A.Əhmədov bir neçə gün öncə qulluq etdiyi hərbi hissədən 10 günlük məzuniyyətə çıxaraq yaşadığı Mingəçevir şəhərinə gəlib. 2 gün öncə isə o, yaşadığı evi tərk edib və bundan sonra ondan xəbər almaq mümkün olmayıb.
Allahverdi Əhmədovun axtarışlarına FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu cəlb olunub. Onun hansı şəraitdə su kanalına düşməsi hələlik məlum deyil.
Xatırladaq ki, A.Əhmədov 6 ayın əsgəri olub.


Azər