FT:“Türkiyə Yaxın Şərq üçün örnək modeldir”

“Ərəb dünyasının Türkiyə tipli siyasi kurs tutması imkansız deyil”

İngiltərənin “The Financial Times” qəzeti ərəb dünyasını bürüyən etiraz dalğası və prosesin regionun gələcək taleyinə təsiri haqda analitik məqalə dərc edib. Məqalədə vurğlanır ki, Yaxın Şərqdə canlanmayla müşahidə edilən xalq hərəkatlarına Avropanın dəstək verməsi daha doğru siyasi strategiya olardı.
“Avropa Birliyi ərəb dünyasında canlanan azadlıq hərəkatlarına soyuq savaş illərində Polşa və Macarıstan kimi ölkələrə göstərdiyi dəstəyin eynisini göstərməlidir. Azadlığa gedən yolda müəyyən arzu olunmaz anlar yaşanır. Həddən artıq millətçilik, iqtisadi sıxıntılar və hətta daxili savaş kimi xoşagəlməzliklərin şahidi oluruq. Amma Avropa bu yolun sonunda gözləyən uğuru nəzərdən qaçırmamalıdır”,-  deyə “Avropalıların ərəb tarixiylə görüşü” adlı yazıda qeyd olunur.
“The Financial Times”in məqaləsində Türkiyə Yaxın Şərq üçün ən doğru model kimi göstərilib:“Türkiyə siyasi və iqtisadi inkişaf tempi, eləcə də liberal islamçı bir hökumətlə regionda demokratik və dəyərli ortaq olaraq ortaya çıxıb. Bəzı Avropa Birliyi hökumətlərinin Türkiyəyə tam üzvlük verilməsini rədd etməsi müzakirə olunacaq məsələdir. Ancaq Tunis və Misir kimi orta sinifə sahib ərəb ölkələrinin Avropanın yardımıyla Türkiyə tipli bir siyasi və iqtisadi inkişaf kursu tutması imkansız deyil”.

 

İnfomasiya şöbəsi