Sabaha saat 2-də ADP-nin qərargahında Naxçıvan ziyalıları Naxçıvandakı son ictimai-siyasi, sosial durumu ictimai müzakirəyə çıxaracaqlar. Bu barədə qəzetimizə məlumatı istiqlalçı deputat İbrahim İbrahimli verib. Tədbirdə həmçinin Turac Zeynalı olayı, iş adamı Məhəmməd İbrahimovun övladlarının və özünün həbsi, döyülməsi, yerli hüquq müdafiəçilərinə, jurnalistlərə qarşı olan basqılarla bağlı geniş müzakirə təşkil olunacaq. İ.İbrahimlinin sözlərinə görə, tədbirdə İctimai Palata və Ziyalılar Forumunun da təmsilçiləri iştirak edəcəklər. Dəvətlilərlə yanaşı ictimai müzakirədə iştirak etmək istəyənlər də tədbirə qatıla bilərlər.
azadliq.info


