Kəmaləddin Heydərov “Pepsi-Cola”nı aldı

“Gilan Holdinq” “Pepsi-Cola” şirkətini alıb. Bu barədə xəbəri Moderator.az-a adıçəkilən şirkətin vəzifəlilərindən biri verib. Xəbərdə bildirilir ki, bu hadisə  bir ay əvvəl baş verib. Şirkətin səhmlərinin 51 faizi artıq “Gilan Holdinq”in əlindədir. Şirkətin səhmlərinin neçəyə alınması isə sirr saxlanılır.

Qeyd edək ki, “Gilan Holdinq” Fövqəladə hallar naziri Kəmaləddin Heydərova məxsusdur.