“Qasid”i çökdürməyə hazırlıq gedir

Firmanın «Azadlıq»a olan borcunun aqibəti necə olacaq?

“Qasid” Yayım Firmasının çökdürülməsinə ciddi hazırlıq gedir. Əldə etdiyimiz məlumata görə, artıq bir çox müəssisə və təşkilatlara “Qasid”in abunəçiliyindən imtina etməklə bağlı tapşırıq verilib. Abunə yazılmaq üçün alternativ yayım firması da təklif olunub.
Əslində “Qasid”in çökdürülməsi prosesinə çoxdan başlanılmışdı. Uzun müddət idi ki, firmanın şəhərin ayrı-ayrı ərazilərində yerləşən köşkləri götürülürdü. Abunə xidməti üçün yeni yayım firmasının dövriyyəyə girməsi isə “Qasid”in tamamən sıradan çıxarılacağını göstərir.
Indi əsas məsələ “Qasid”in bəzi qəzetlərə, xüsusən də “Azadlıq”a olun borcunun aqibətinin necə olacağı ilə bağlıdır. Hazırda firmanın qəzetimizə 30 min manatdan artıq borcu var. Prosesin bu formada gedişi isə yaxşı heç nə vəd etmir. Bununla belə “Azadlıq” firmadan öz borcunu almaq üçün sona qədər mübarizə aparmaq, bütün hüquqi vasitələrdən istifadə etmək fikrindədir. Ilkin addım kimi isə “Azadlıq”ın  kollektivi “Qasid” firması qarşısında aksiya keçirməyi planlaşdırır.

Gültəkin