Elşad Abdullayevin Ramiz Mehdiyevin ünvanına səsləndirdiyi ittihamların artmasına baxmayaraq qarşı tərəfdə susqunluq müşahidə olunur. PA rəhbərinin bir məqaləsi ətrafında aylarla müzakirələr aparan, təriflər yağdıran YAP təmsilçiləri, eyni zamanda Mehdiyevin nəzarətində olan mətbuat ittihamlara cavab verməyə tələsmir. Rəsmi mətbuatın PA rəhbərini müdafiəsiz qoymasının səbəbi nədir?
Bu sualı ilk növbədə “Azərbaycan” qəzetinin baş redaktoru Bəxtiyar Sadıqova ünvanlamaq istədik. Lakin zənglərimiz və bu səbəbdən də sualımız cavabsız qaldı.
«Bunun üçün vahid mərkəzdən göstəriş gəlməlidir»
“Yeni Nəsil”ÿJurnalistlərÿ Birliyinin ÿsədri Arif Əliyev rəsmi mətbuatın Ramiz Mehdiyevi müdafiə etməsi, bu istiqamətdə kampaniyanın başlanması üçün vahid mərkəzdən göstərişin gəlməli olduğunu deyir. Belə bir göstəriş olmayınca rəsmi mətbuat dövlət rəsmiləri ilə bağlı çıxış etmir.
«Ramiz Mehdiyev informasiya vasitələrinə müdafiə olunmaq komandasını vermək üçün mütləq sanksiya almalıdır»
Ramiz Mehdiyevə qarşı kampaniyanın hakimiyyət daxilindən qaynaqlandığına artıq şübhələrin qalmadığını deyən “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlunun sözlərinə görə, qarşı tərəf özünü müdafiə etmək üçün ölkə başçısından sanksiya gözləyir: “Bu elə bir prosesdir ki, Ramiz Mehdiyev ranqında olan şəxs əlində olan informasiya vasitələrinə müdafiə olunmaq komandasını vermək üçün mütləq sanksiya almalıdır. Əks halda hakimiyyət düşərgəsində aləm qarışar və bunlar bir-biri ilə media müharibəsi aparar. O sanksiya olmayınca, cavab da olmayacaq. Baxmayaraq ki, Ramiz Mehdiyev ona qarşı kampaniya aparıldığını deyib və açıq mesajlar verib”.
R.Arifoğlunun sözlərinə görə, bu mesajlar prosesin dayanmasına səbəb olmayıb, əksinə, hücumlar daha da artıb. Bundan sonrakı mərhələdə qarşı tərəf cavab verməlidir. Cavab üçün isə sanksiya verilməli, yaxud ölkə başçısı kampaniyanı aparan tərəfə atəşkəs çağırışı etməlidir. Mehdiyevə qarşı kampaniya dayansa, deməli, çağırış edilib. Dayanmasa, deməli, bu proses ölkə başçısına da sərf edir.
Fizzə


