Putin Azərbaycan jurnalistlərinə sual haqqı tanımadı

Rusiya prezidenti Vladimir Putin bu gün keçirdiyi mətbuat konfransında azərbaycanlı jurnalistlərin suallarına cavab verməkdən imtina edib.

V. Putinun mətbuat konfransında Azərbaycan KİV təmsilçilərinə sual vermək imkanı yaradılmayıb. Rusiya prezidenti mətbuat konfransını yekunlaşdırmaq istəyərkən APA-nın əməkdaşı “Azərbaycanlı jurnalistlərə sual vermək növbəsi çatmadı axı” – deyə iradını bildirib.

V. Putin isə buna “Bilirəm də, Qarabağı soruşacaqsınız”, – deyə reaksiya verib. Jurnalistin “Başqa suallarımız da var” cavabına baxmayaraq, sual vermək növbəsi başqa jurnalistlərə verilib.