Suriyanın Hələb şəhərində iş adamı rusiyalı həyat yoldaşını Bəşər Əsədə bəslədiyi rəğbətə görə qətlə yetirib.
Bu haqda Rusiyanın «Rossiya-24» telekanalı məlumatyayıb.
Bəşər Əsədə fərqli münasibət ailədə davaya səbəb olub. Nəticədə Məhəmməd adlı iş adamı tapanca ilə həyat yoldaşını güllələyib. İş adamının sözlərinə görə, həyat yoldaşı mütamadi olaraq Suriya diktatoruna rəğbətini dilə gətirərək onu özündən çıxarırmış. Nəticədə o dözməyib və silaha əl atıb.
Hadisə sakiləri müxalifətçilərə dəstək verən kvartalda baş verib. Bu rayonda polis yoxdu, bu səbəbdən də həyat yoldaşını qətlə yetirən iş adamı həbs olunmayıb. Məhəmməd həyat yoldaşı ilə Rusiyada səfərdə olarkən tanşı olubmuş.
Azadlıq.info


